AFFA futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 1 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılan "Olimpiya" (Ağcabədi) komandasının rəsmisi Mehman Əliyevi əfv edib.
Offsideplus.az xəbər veriir ki, bununla bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərar verib.
M.Əliyev aşağı yaş qruplardan ibarət komandalar arasında keçirilən liqalarda qeyri-qanuni fəaliyyətlə məşğul olduğundan, martın 22-də AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmışdı.
Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin qərarını dəyşərək, cəzanın müddətini 1 ildən 6 aya endirib. Qalan 6 ay şərti cəza hesab edilib. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti tətbiq olunacaq.