UEFA Norveçin "Brann" klubuna məhkəmədə uduzub.

Offsideplus.az xəbər verir ki, məhkəməyə səbəb skandinaviyalı azarkeşlərin qadınlar arasında keçirilən Çempionlar Liqasının oyununda tribunada üzərində "UEFA=MAFIA" banneri açmaları olub.

UEFA bu ifadənin "təxribat xarakterli bildirişin təbliği" kimi qiymətləndirərək, Brann"ı 5 000 avro cərimələyib. Lakin klub rəhbərliyi qərarla razılaşmayıb.

UEFA-nın Apellyasiya Komitəsi qərarı qüvvədə saxladığına görə Norveç təmsilçisi İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək məcburiyyətində qalıb.

Bu mərhələ isə UEFA-nın məğlubiyyəti ilə nəticələnib. CAS şəxsi mövqeyin ifadə olunması azadlığının ən vacib insan hüquqlarından biri olduğunu bildirərək, "Brann"ın xeyrinə qərar verib.