"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr Yunanıstan məhkəməsinin çıxardığı təqsirləndirilmə qərarından sonra 15 aylıq şərti həbs cəzasına məhkum edilib.
Offsideplus.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
O, 2020-ci ilin avqust ayında Mikonosda baş verən hadisə ilə əlaqədar üç müxtəlif yüngül xəsarət yetirmə, həbsə müqavimət göstərmə və rüşvət verməyə cəhd maddələri üzrə təqsirli bilinib.


