Keniya yığmasının sabiq baş məşqçisi Engin Fırat İstanbul Hava Limanında qəfil ürəktutması nəticəsində dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, o, son olaraq Livanın "Əl Necme" klubunu çalışdıran mütəxəssis səfərə hazırlaşarkən halının pisləşdiyi bildirilir. Tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, E. Fırat 2021-2024-cü illərdə Keniya milli komandasına rəhbərlik edib. O, eyni zamanda Moldova yığmasının da baş məşqçisi olub.

55 yaşlı mütəxəssis məşqçilik karyerasına "Fənərbağça"da başlayıb. O, burada köməkçi məşqçi kimi çalışıb.

Onun karyerasının böyük hissəsi Türkiyədən kənarda keçib.