“Qalatasaray”ın futbolçusu Mauro İkardi “Başakşehir”lə oyundan sonra diqqət çəkən davranışı ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, hücumçu Çempionlar Liqasında “Liverpul” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra da komandanın qələbə sevincinə qoşulmamışdı.

İkardi “Başakşehir”üzərində 3:0 hesablı qələbə qazandıqları matçın bitməsindən dərhal sonra sürətli addımlarla stadionu tərk edən ilk futbolçu olub.

Onun bu görüntüləri qısa müddətdə sosial mediada yayılaraq viral olub.

Qeyd edək ki, argentinalı hücumçunun “Qalatasaray”la müqaviləsinin son ilidir.