Azərbaycanın 3x3 basketbolu üzrə 15 yaşadək qızlardan ibarət milli komandası möhtəşəm qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, yığmamız Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziadada yerli basketbolçulara dərs keçiblər.

Tatyana Deniskinanın rəhbərlik etdiyi kollektiv Serbiya-2 yığmasına 18:0 hesabı ilə qalib gəlib.

B qrupunda yer alan komandamız Rumıniya, Hindistan, Estoniya, Çili və Ukrayna ilə də mübarizə aparacaq.