"Sauthempton" baş məşqçisi İvan Yuriç barədə qərar verib.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssislə yollar ayrılıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Xatırladaq ki, "müqəddəslər" ötən gün Premyer Liqadan aşağı liqaya yuvarlanıb.

Yuriç ötən ilin dekabrından "Sauthemptonu" idarə edirdi. Onun İngiltərə klubunda karyerası cəmi 106 gün çəkib.