Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan güləş üzrə Avropa çempionatında sayca dördüncü gün arxada qalıb.
Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycan qadın yığmasının 3 üzvü xalça üzərinə çıxıb.
57 kq
1/4 final: Jalə Əliyeva - Maqdalena Qlodek (Polşa) 4:2
1/2 final: Jalə Əliyeva - Elvira Kamaloğlu (Türkiyə) 2:4 (görüş yarımçıq dayandırılıb)
Birinci hissədə, hesab 2:0 Jalənin xeyrinə olarkən, türk idmançı 4 xallıq fənd tətbiq edib. Bu zaman həmerlimiz ciddi zədə alıb. O, güləşməyə davam etsə də, ikinci hissənin əvvəlində çempionatın baş həkiminin rəyinə əsasən, hakim görüşü yarımçıq dayandırıb. Jalə Əliyeva özünü yaxşı hiss edərsə, sabah bürünc medal uğrunda mübarizə aparacaq.
62 kq, təsnifat mərhələsi: Ruzanna Məmmədova - Luiza Nyemeş (Almaniya1) 1:7
Təmsilçimiz yarışı əliboş başa vurub
Dünən finala çıxa bilməyən Avropa çempionumuz Alyona Kolesnik bu gün bürünc medal qazana bilərdi.
59 kq, 3-cü yer uğrunda görüş: Alyona Kolesnik - Aurora Russo (İtaliya) 1:3
Güləşçimiz birinci hissədə xal qazansa da, fasilədən sonra təşəbbüsü əldən verib
Qeyd edək ki, Azərbaycan yığması sərbəst güləş, qadın güləşi və yunan-Roma güləşi növlərində ümumilikdə 24 idmançı ilə Avropa çempionatına qatılıb.
Artıq çıxışını başa vuran 10 sərbəst güləşçimizdən 6-sı fəxri kürsüyə yüksəlib. Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medal qazanıb.
Qadın güləşində hələlik medal yoxdur.
Yunan-Roma güləşçilərimiz isə sabah mübarizəyə başlayacaqlar.