Gənclər və İdman Nazirliyi azərbaycanlı idmançıların reytinq siyahısını yeniləyib.

Offsideplus.az xəbər verir ki, İslam Həmrəyliyi Oyunlarının nəticələrinə əsasən, müəyyən yerdəyişmələr baş verib. Xallarını 480-ə çatdıran Həsrət Cəfərov liderliyə yüksəlib.

İlk "10-luq"da güləşçilərimizdən Giorgi Meşvildişvili (2), Ülvü Qənizadə (4), Osman Nurmaqomedov (6), Arseniy Djioyev (7), Murad Əhmədiyev (9) və Eldəniz Əzizli (10) yer alıb.