"Qarabağ"ın futbolçusu Toral Bayramov ötən gün keçirilən "Araz-Naxçıvan"la matçda dubla imza atıb.
Offsideplus.az xəbər verir ki, o, bununla da Misli Premyer Liqasında vurduğu qolların sayını 25-ə çatdırıb.
2019/20 mövsümündə Premyer Liqada debüt edən Toral buna 137-ci oyununda nail olub.
O, yalnız "Qarabağ"da çıxış edib.



