Bu gün "Komanda.az" saytı tərəfindən təqdim olunan Azərbaycanda 2025-ci ilin ən yaxşı baş məşqçisi mükafatının qalibi Qurban Qurbanovun mükafatlandırma mərasimi baş tutub.
Offsideplus.az xəbər verir ki, tədbir “Fairmont otel”də keçirililib. Jurnalistlər arasında keçirilən ənənəvi sorğuda 58 səslə birinci olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.
Sorğuda 63 jurnalist iştirak edib. Ondan başqa daha 4 namizədə səs verilib: "Sabah"ın sabiq baş məşqçisi Vasili Berezutski 2, Rəşad Sadıqov ("Zirə"), Elmar Baxşıyev ("Araz-Naxçıvan"), Azərbaycan yığmasının və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov isə hərəyə 1 səs qazanıb.



