"Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Qazaxıstanda çalışa bilər.
Offsideplus.az xəbər verir ki, ukraynalı mütəxəssisin adı "Astana" klubu ilə yanaşı hallanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Qriqorçuk 2018-20-ci illər arasında "Astana"nı çalışdırıb. O, kluba 2 dəfə Qazaxıstan çempionluğu qazandırıb.
60 yaşlı mütəxəssis "Neftçi"dəki uğursuz dönəmdən sonra ölkəsinin LNZ klubunda da işləyib.
O, hazırda işsizdir.



