"Turan Tovuz" möhkəm komandadır".

Offsideplus.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Tovuz təmsilçisi ilə matçdan sonra deyib:

"Futbolçularım yorğunluğa baxmayaraq xarakter göstərdilər. Belə matçlarda ritmi tutmaq asan deyil. Hər pauza, cərimə zərbəsi rəqibin üstünlüyü idi.

Uzaq səfərdən gəlmişdik, yorğunluq var idi. Lakin futbolçulara bildirmişdim ki, bu oyuna hazır olmalıdırlar. Həm də artıq ehtiyac var".

Təcrübəli mütəxəssis Çempionlar Liqasındakı növbəti rəqib "Nyukasl" və ümumi İngiltərə futbolu barədə fikirlərini səsləndirib:

"Dünənki oyunu ("Liverpul" - "Nyukasl") yəqinki izlədiniz. İlk hissədə demək olar, görüş 2 dəfə dayandı, ya yox. Orda futbol başqadır. Sanki oyunun sonlarını azarkeşlər üçün oynayırlar".

Q. Qurbanov sabiq futbolçusu İbrahima Vadjinin mübahisəli epizodunu da şərh edib:

"Qırmızı olduğunu düşünmürəm. Asanlıqla qırmızı vərəqə verilməməlidi. Futbol mübarizələr oyunudur. 100 faizlik epizodlara qırmızı vərəqə verilməlidir, amma Vadjidə məncə, ehtiyac yox idi".

O, "Neftçi" ilə oyunu təxirə gedib-getməyəcəyi ilə bağlı isə buna deyib:

"Planda var, amma qarşıdakı günlərdə daha dəqiqləşəcək. Uzun səfərdir və oyunlar arasında vaxt azdır".