Misli Premyer Liqasında XVIII tura "Qarabağ" - "Turan Tovuz" matçı ilə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Oyunda yeganə qola Abdullah Zubir imza atıb.

"Qarabağ" bu qələbə ilə birlikdə xalını 39-a yüksəldib. "Turan Tovuz" isə 30 xalda qalıb.

Misli Premyer Liqası, XVIII tur

1 fevral (bazar)

18:30. “Qarabağ” 1:0 “Turan Tovuz”
Qol: Abdullah Zubir (41')

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov

VAR: Rəşad Əhmədov

AVAR: Akif Əmirəli

Tofiq Bəhramov adına Respublika Stadionu