Sabah AFFA-nın Hesabat Konfransı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, Konfransın gündəliyində əsas 8 məsələ yer alıb. 

Ehtiyac olacağı təqdirdə, konfransda digər məsələlər də müzakirəyə çıxarılacaq.

Konfrans sabah saat 10:00-da “Baku Marriott Hotel Boulveard”da başlanacaq.

Hesabat Konfransının gündəliyi: 

1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi

2. Konfransın tərkibinin yoxlanılması

3. AFFA prezidentinin çıxışı

4. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı

5. Maliyyə Hesabatları

6. Müstəqil auditorun hesabatı

7. AFFA-nın İnkişaf Strategiyası ilə bağlı təqdimat

8. Hakimlər Komitəsinin sədri Frank De Blekerin təqdimatı

9. Digər məsələlər