CONMEBOL 2030-cu ildə keçiriləcək Dünya çempionatında 64 komandanın iştirak etməsini xahiş edib. 

Offsideplus.az xəbər verir, FIFA DÇ-2026-dan sonra bu təklifi nəzərdən keçirəcək və yekun qərar verəcək. CONMEBOL-un prezidenti Alexandro Dominqes yeni format üçün ali futbol qurumuna müraciət edib. 

Bu halda 4 milli komandadan ibarət 16 qrup yaradılacaq. 

Qeyd edək ki, DÇ-2030-a Mərakeş, Portuqaliya, İspaniya, Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək.