"Arsenal" yayda hücum xəttini gücləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "topçular" hədəfində "İnter"in hücumçusu Lautaro Martines var. London klubu argentinalı futbolçu üçün 125 milyon funt-sterlinq xərcləməyi planlaşdırır.

Bu barədə "Fichajes" portalı məlumat yayıb.

Lautaro 2018-ci ildən "İnter"də çıxış edir. O, "neradzuri"nin heyətində ümumilikdə 323 oyuna 148 qol vurub.