"Real Madrid" azarkeşləri Karlo Ançelottini cəzalandırmaq qərarına gəlib. 

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Kral klubu"nun stadiona girişi qadağan olan və komandanı Madrid küçələrində dəstəkləyən azarkeş qrupu "Ultras Sur"un gələn həftə "Arsenal"a qarşı oyun zamanı Ançelottiyə stadiona girməyə mane olacağı bildirilir. 

Qeyd edək ki, Madrid təmsilçisi UEFA Çempionlar Liqasının 1/4 finalı üzrə ilk oyunda 0:3 hesabı ilə "Arsenal"a uduzub. Cavab oyunu martın 16-da Bakı vaxtı ilə saat 23:00-da Madriddə keçiriləcək.