Futbol üzrə I Liqada XXI turun oyunları start götürüb. 

Offsideplus.az xəbər verir ki, Zaqatalada "qol yağışı" olub. Yerli komandaya "Baku Sporting"i darmadağın edib. 

Maraqlıdır ki, həmin görüşdə Bakı klubu qırmızı vərəqə almaqla yanaşı, 2 avtoqola imza atıb.

MOİK 7 oyunluq qələbəsizlik seriyasını qırıb.  "Hərbçilər" 2 aylıq fasilədən sonra axırıncı qələbəsini qazandığı "Cəbrayıl"ı üstələyib.

Sonuncu pillədə qərarlaşan "Qaradağ Lökbatan" heç-heçə etməklə, 19 xalı olan "Difai" və "Cəbrayıl"la xal fərqini 3-ə endirib.

I Liqa, XXI tur

"Zaqatala" - "Baku Sporting" 6:1

MOİK - "Cəbrayıl" 2:1

"Qaradağ Lökbatan" - "Mingəçevir" 0:0