Azərbaycan I Liqasında XX tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, lider "Şəfa" bu turda cari mövsüm ilk dəfə məğlub olub, özü də darmadağınla.
"Mingəçevir" onları 5:2 hesabı ilə üstələyib.
Günün digər oyununda "Şahdağ Qusar" "Şimal"dan üstün olub - 1:0.
I liqa, XX tur
3 aprel (cümə)
15:00 "Mingəçevir" - "Şəfa" 5:2
Qollar: E.Mustafayev, 6, K.Kalunqa, 50, T.Qarayev, 86, 90+5, A.Usman, 88 - E.Zamanov, 55 (pen), A.Ebrahimzade, 90
15:00 "Şahdağ Qusar" - "Şimal" 1:0
Qollar: A.Kulibali, 4
Turun digər oyunlarında isə bu nəticələr qeydə alınıb:
15:00. MOİK – “Cəbrayıl” 2:1
15:30. “Zaqatala” – “Difai” 1:0
17:00. “Səbail” – “Bakı Sportinq” 1:0


