"Səbail"in baş məşqçisi Adil Şükürov 4 oyunluq cəzalandırılıb 

Offsideplus.az xəbər verir ki, o, "Baku Sportinq"lə matçın 65-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün bu cəzaya məruz qalıb. Bu insidentə görə paytaxt təmsilçisi 3000 manat cərimə ödəməli olacaq. Eyni zamanda, azarkeşlərin hakimləri kütləvi şəkildə təhqir etməsi kluba əlavə 1500 manat ziyana başa gəlib.

Digər bir qərar isə "Mingəçevir"lə bağlıdır. "Şəfa" ilə görüşdən sonra meydana kənar şəxslər daxil olduğu üçün bölgə klubu 1500 manat məbləğində cərimələnib. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün cəza qüvvədə qalıb.

Bundan başqa, "Şəfa"nın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib.