"Əgər qapıçı bir səhv buraxırsa, sanki bütün komanda nöqsana yol verir. Onanaya yenə inanırammı? Biz öz üzərimizdə çox çalışmalıyıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted" klubunun baş məşqçisi Ruben Amorim Avropa Liqasının 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində "Lion"la oyundan (2:2) sonra deyib.

Səfərdə qələbəni son saniyələrdə əldən buraxmalarına üzülən çalışdırıcı cavab matçının çətin keçəcəyini bildirib: "Yetirmələrimə ilk oyunda necə oynamaq lazım olduğunu izah etmişdim. Bir çox məqamların üzərində işləmişdik. Düşünürəm ki, cavab matçı fərqli olacaq. Evdə azarkeşlərimiz bizdən irəli atılmağı, rəqibi daima təzyiq altında saxlamağı tələb edəcəklər. Ancaq "Lion" çox ağıllı komandadır".

Qeyd edək ki, "Lion"la qarşılaşmada "qırmızı şeytanlar" hər iki qolu qapıçı Andre Onananın səhvindən sonra buraxıblar. Xüsusilə ikinci qolda kamerunlu futbolçu kobud səhvə yol verib.