Şənbə günü "Alverka"ya 1:0 hesabı ilə qalib gələn "Portu", çempionatın başa çatmasına iki tur qalmış çempionluğunu elan edib.

Offsideplus.az xəbər verir ki, bu qələbə sayəsində xal fərqini doqquza çatdıran komanda, "Famalikan" ilə 2:2 hesablı heç-heçə edən ən yaxın izləyicisi "Benfika"nı qabaqlayıb.

Yan Bednarekin 40-cı dəqiqədə künc zərbəsindən sonra başla vurduğu qol komandaya həm qələbəni, həm də 2022-ci ildən bəri ilk çempionluq sevincini yaşadıb.

Məşqçilik karyerasında ilk titulunu qazanan Françesko Fariolinin rəhbərliyi altında "Portu" 31-ci çempionluğunu əldə edib.

Hazırda Portuqaliyada onlardan daha çox çempionluq yaşayan yeganə klub 38 titulla "Benfika"dır.