Coel Embiid 34 xal və 12 ribaundluq performansı ilə "Filadelfiya 76ers"in şənbə gecəsi "Boston Seltiks" üzərində 109:100 hesablı qələbəsini təmin edib.

Offsideplus.az xəbər verir ki, bu nəticə ilə "Seltiks" NBA pley-off mərhələsində mübarizəni dayandırıb.

Qarşılaşmadan öncə "Boston Seltiks" seriyada 3:1 hesabı ilə öndə olduğu zaman 32-0-lıq göstəriciyə malik idi ki, bu da NBA tarixində ən yaxşı nəticə sayılırdı. "Seltiks"in əksinə, "Filadelfiya" seriyada geridə olduğu zaman 0-18-lik göstərici ilə tarixin ən pis rekorduna sahib idi.

Beləliklə, "Filadelfiya" seriyada 1:3 hesabı ilə geridə olmasına baxmayaraq, pley-off mərhələsini qazanan NBA tarixindəki 14-cü komanda olub.

Embiid qarşılaşmadan sonra azarkeşlərə səslənib:

"Azarkeşlərimizə bir mesajım var. "Niks"lə sonuncu dəfə qarşılaşanda bura sanki "Şərqdəki MSG" (Madison Square Garden - "Niks"in oyunlarını keçirdiyi yer) kimi idi. Sizin dəstəyinizə ehtiyacımız var. Biletlərinizi satmayın. Bu, sizin şəxsi maraqlarınızdan daha böyük bir məsələdir. Əgər pula ehtiyacınız varsa, mən həll edərəm".