Misli Premyer Liqasında XXX turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, çempion "Sabah" bu gün "Şamaxı"nın qonağı olub.

"Bayquşlar" təxirə salınmış matçda "Neftçi"nin "Qarabağ"ı məğlub etməyi ilə birlikdə çempionluğu rəsmiləşdirib.

"Sabah" bu görüşdə də inamlı qələbə qazanıb - 3:0

V "Şamaxı" 35 xalla 8-ci yerdədir.

MPL, XXX tur

3 may (bazar)

16:00 “Şamaxı” – “Sabah” 0:3

Qol: Stiv Solve, 37', Coy-Lens Mikels, 78', Umarali Raxmonaliyev, 90+1' (penalti)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev

VAR: İnqilab Məmmədov

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev

Şamaxı şəhər stadionu