Zinəddin Zidanın "Real Madrid"ə qayıtmasına mane olan səbəb məlum olub.

Offsideplus.az xəbər verir ki, "AS" nəşrinin yaydığı məlumata görə, keçən ilin dekabrında kral klubunun rəsmiləri onunla əlaqə saxlayıblar.

Xabi Alonsonun komandadan gedişi artıq dəqiq olsa da, həmin vaxt ideal əvəzləyici tapılmamışdı. Bu səbəbdən mütəxəssis İspaniya Superkuboku üçün komanda ilə birlikdə Səudiyyə Ərəbistanına yollanmışdı. Yekunda isə qərar Alvaro Arbeloanın xeyrinə verilib.

Zidana üçüncü dəfə Madrid təmsilçisinin baş məşqçisi postunu tutmaq təklif edilsə də, Didye Deşamın gedişindən sonra Fransa millisini rəhbərliyi altına almaq barədə əvvəlcədən razılaşdırılmış öhdəliyi buna mane olub.

Qeyd olunur ki, fransalının "Real"a sadiqliyi şübhə doğurmasa da, mümkün qayıdışla bağlı müzakirələr çox gec baş tutub.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə "kral klubu"na rəhbərlik edib. O, komanda ilə birlikdə ümumilikdə 11 kubok qazanıb.