Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan "Bakı Marafonu 2026" başa çatıb və qaliblərin adları bəlli olub.

Offsideplus.az xəbər verir ki, builki yarışda kişilər arasında fəxri kürsünün ilk pilləsinə türkiyəli idmançı Ahmet Alkanoğlu qalxıb. Vitali Şafar (Ukrayna) yarışı ikinci, Yrskeldi Akerov (Qırğızıstan) isə üçüncü sırada tamamlayıb.

Qadın iştirakçılar arasında ən yaxşı nəticəni rusiyalı Elena Tolstykh göstərərək birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova ikinci, qazaxıstanlı Şirin Akimbay isə üçüncü yeri tutub.

Qeyd edək ki, builki marafon əvvəlki illərdən fərqli olaraq 21 yox, tam 42 kilometrlik məsafəni əhatə edib. İdman tədbirinə ümumilikdə 25 min nəfər qatılıb.