Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) pley-in mərhələsi start götürüb.

Offsideplus.az xəbər verir ki, başqa sözlə, 1/8 final adlanan bu mərhələdə çempionatın 8 iştirakçısı 4 cütdə mübarizə aparır.

Günün ilk oyunu Gəncədə baş tutub. 2-ci və 3-cü periodlarda geridə olan, hətta qarşılaşmanın başa çatmasına 33 saniyə qalmış 5 xallıq fərqlə uduzan meydan sahibləri qalib gəliblər.

"Abşeron" və NTD arasında saat 19-da keçirilməsi nəzərdə tutulan görüş isə təxirə salınıb. Buna Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranan problem səbəb olub. Oyunun sabah saat 16:00-da keçiriməsi qərara alınıb.

Pley-ində 2 qələbəyə ən tez çatan klub pley-offa (1/4 final) vəsiqə qazanacaq.

ABL, pley-in, ilk oyun

14:00 "Gəncə" - "Lənkəran" 96:92 (22:22; 25:27; 16:21; 33:22)

Gəncə, İdman Sarayı

Cavab görüşü aprelin 13-də Lənkəranda keçiriləcək