Tomas Müller karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, almaniyalı futbolçu cari mövsümün sonunda "Bavariya"dan ayrılacaq. Azad agent olacaq oyunçuya təkliflər gəlməyə başlayıb.
Müllerlə "Fənərbağça" klubu da maraqlanır. "SporX" nəşrinin yaydığı məlumata görə, "Sarı-lacivərtlər"in baş məşqçisi Joze Mourinyo ulduz futbolçunu heyətində görmək istəyir.
Xatırladaq ki, 35 yaşlı hücumçu 2008-ci ildən Münhen təmsilçisinin formasını geyinir.