Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov Avstriya çempionu olub. 

Offsideplus.az  xəbər verir ki, həmyerlimizin şərəfini qoruduğu ASV Linz klubu Bundesliqada bütün rəqiblərini qabaqlayıb.

Onun komandası 11 turun hamısında qələbə qazanıb. 

Ş.Məmmədyarov 4 turda oynayıb və 3,5 xal toplayıb.