"Sumqayıt"la matç ağır alındı. Heyətlə bağlı sıxıntımız olsa da, qələbə qazana bildik. Futbolçular böyük iradə göstərib, həmin oyunçuların yoxluğunu hiss etdirmədilər".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan" klubunun baş məşqçisi Elmar Baxşıyev deyib.
Bu gün Misli Premyer Liqasının XXIX turunda "Sumqayıt" üzərində qələbədən (2:0) danışan çalışdırıcı həm çempionat, həm də kubokda mübarizəni davam etdirəcəklərini bildirib: "Mövsümün sonudur. Yerimizdə durmalı deyilik. Hər iki cəbhədə mübarizə aparacağıq. Futbolda seçim etmək düzgün deyil. Əgər hər iki turnirdə çıxış edirsənsə, sonadək oynamaq məcburiyyətindəsən. Futbolçularım da iddialıdırlar. Hər iki cəbhədə uğur qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklər".
Qeyd edək ki, "Araz-Naxçıvan" Premyer Liqanın 3-cü pilləsində qərarlaşmaqla yanaşı, ölkə kubokunun yarımfinalında da iştirak edir.