Yunan-Roma güləşi üzrə Azərbaycanın 15 yaşlılardan ibarət milli komandası Serbiyanın Zlatibor şəhərində təşkil olunan Gimnaziadada 9 medal qazanıb.
Offsideplus.az xəər verir ki, məşqçilər Əbilfət Məmmədov və İlham Vezirovun rəhbərliyi etdiyi yığma 3 qızıl, 2 gümüş və 4 bürünc medala yiyələnib.
Hüseyn Əmrahlı (38 kq), İsfahan Həsənov (75 kq) və Zöhrab Səfərov (85 kq) bütün rəqiblərinə qalib gəliblər. Əli Cavadlı (41 kq) ilə Amin Məmmədov (44 kq) ikinci, Abdurrahman Hüseynli (48 kq), Qurban Məcnunov (52 kq), Eldəniz Allahverdiyev (57 kq) və Əli Məmmədov (68 kq) isə üçüncü yeri tutub.
Xatırladaq ki, ötən gün sərbəst güləşçilərimiz 10 (2 qızıl, 3 gümüş, 5 bürünc) medal qazanıblar.
Sabah qadın güləşi üzrə yarış olacaq.