"Əl Nəsr" və Portuqaliya milli komandasının üzvü Kriştianu Ronaldu yeni şirkətin əsasını qoyub.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı ulduz məşhur film direktoru Metyu Von ilə birlikdə kino kompaniyası yaradıb. Şirkətin adı "UR Marv"dır. Bu barədə Ronaldu sosial şəbəkə səhifəsində paylaşım edib.
Onlar artıq 2 film çəkiblər və yaxın zamanlarda rəsmən treyler təqdim olunacaq. Sözügedən filmlər aksion janrındadır.