I Liqada mübarizə aparan MOİK-in futbolçusu Ramil Orucov mükafata layiq görülüb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi I Liqada “Ayın qolu” layihəsi çərçivəsində qalib olub.
Onun vurduğu qol fevral ayı üçün ən yaxşı seçilb.
Bu gün Ramil Orucov öz mükafatına qovuşub.
Futbolçuya mükafatı XXI turun Binə qəsəbə stadionunda keçirilən MOİK - “Cəbrayıl” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.