Bu gün Misli Premyer Liqasının XXIX turunda 2 matç keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk qarşılaşması Şamaxıda oynanılıb.
Şəhərin eyniadlı komandası "Neftçi"ni qəbul edib.
Ayxan Abbasovun yetirmələri doğma azarkeşlər önündə tilsimi qırmaq niyyətində idilər. Belə ki, "Şamaxı" ölkə çempionatının son 9 matçında "Neftçi"yə qalib gələ bilmirdi.
Komanda axırıncı dəfə 2021-ci ildə, hələ "Keşlə" adlanarkən, "ağ-qaralar"ı məğlub etmişdi.
"Şamaxı" "Neftçi" önündə yenə məğlubiyyətlə barışıb.
7 aprel (bazar ertəsi)
“Şamaxı” – “Neftçi” 0:2
Ramil Şeydayev, 42 (pen.); Filipp Ozobiç, 89
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu, 15:30