Türkiyə Superliqasında diqqətçəkən və bir qədər də gülməli hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Qaziantep" klubu Burak Yılmazla yenidən razılıq əldə edib.
Maraqlısı isə odur ki, türkiyəli mütəxəssis cəmi 3 gün əvvəl istefa vermişdi. Buna baxmayaraq, klub qısa müddət sonra qərarını dəyişərək Burak Yılmazı yenidən baş məşqçi postuna gətirməyə razılaşıb.
Beləliklə, "Qaziantep" faktiki olaraq Burak Yılmazı… Burak Yılmazla əvəz edib.



