Uqanda dekabrın 24-də yeni inşa olunmuş 20 min tamaşaçı tutumuna malik "Hoima City" Stadionunun rəsmi açılışını edəcək.

Offsideplus.az xəbər verir ki, məlumata görə, 131 milyon dollar dəyərində başa gələn bu müasir idman qurğusu 2027-ci il Afrika Millətlər Kuboku çərçivəsində keçiriləcək oyunlara ev sahibliyi edəcək.

Yeni stadionun ölkədə futbolun inkişafına və beynəlxalq turnirlərin təşkili baxımından mühüm rol oynayacağı bildirilir.