“Basketbol təkcə hücumdan ibarət deyil".
Offsideplus.az xəbər verir ki, bunu "Naxçıvan" məğlub olduqları matçdan sonra "Sərhədçi"nin baş məşqçisi Anar Sarıyev deyib.
O, qarşılaşma barədə bunları da söyləyib:
"Müdafiədə də inamlı çıxış etmək lazımdır. Demək olar ki, komandada heç kim müdafiə olunmaq istəmirdi. Hamı hücumu düşünürdü. Rəqibin heyətindəki basketbolçuların hamısı birə-bir epizodlarda bizi keçib xal qazandı. Çox şey demək istəmirəm. Niyə belə olmasının səbəbləri var. Komanda özünü toparlamalıdır. “Sumqayıt”la bizi vacib oyun gözləyir, çox önəmlidir. TOparlanıb son matçda yaxşı çıxış etməliyik”.
Qeyd edək ki, "Lənkəran" 19 turdan sonra 22 xalla B qrupunda sonuncu - altıncı yerdədir.


