"Bu matça yaxşı hazırlaşmışdıq".
Offsideplus.az xəbər verir ki, bunu "Sərhədçi"ni məğlub etdikləri matçdan sonra "Naxçıvan"ın baş məşqçisi Nikola Bozinoski deyib.
O, görüş boyunca inamlı müdafiə etdiklərini də söyləyib:
"Oyun boyu müdafiədə inamlı təsir bağışladıq. Matçın müəyyən bir bölümündə fərqli performanslar göstərmiş ola bilərik. 3 xallıq atışlarda aşağı göstərici ilə yadda qaldıq. Buna görə də oyun bizim üçün bir az çətin keçdi. Pley-off mərhələsində rəqibin kimliyindən aslı olmayaraq öz performansımızı sərgiləmək istəyirik".
Qeyd edək ki, "Naxçıvan" Azərbaycan Basketbol Liqasında XIX turun "Sərhədçi"ni 83:67 hesabı ilə məğlubiyyətə uğradıb. Onlar 34 xalla B qrupunda ikincidir.


