Azərbaycan Basketbol Liqasında (ABL) XIX turun qarşılaşmaları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün tək oyun baş tutub.

B qrupunda sonuncu yerin sahibi olan "Lənkəran" "Quba"nı qəbul edib.

Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək matçda qonaqlar qalib gəlib - 95:88.

Bu nəticə ilə birlikdə "Lənkəran"ın B qrupunda sonuncu yeri tutacağı dəqiqləşib

Qeyd edək ki, tura ötən gün start verilib. "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67) məğlub edib.