Türkiyə Kubokunun A qrupunda I turun oyunları çərçivəsində “Qalatasaray” RAMS Parkda “Başakşəhər”i qəbul edib.
Offsideplus.az xəbər verir ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Saat 20:30-da start götürən qarşılaşmanı baş hakim Halil Umut Meler idarə edib. “Qalatasaray”ın baş məşqçisi Okan Buruk son “Antalyaspor” matçı ilə müqayisədə start heyətində 6 dəyişiklik edib. Arda Ünyay və Gökdəniz Gürpüz ilk dəfə “sarı-qırmızılar”ın formasında start heyətdə meydana çıxıblar. Ahmed Kutucu isə bu mövsüm ilk dəfə əsas heyətdə yer alıb.
Matçın yeganə qolu 22-ci dəqiqədə Ahmed Kutucunun aktivinə yazılıb. Bu qol onun “Qalatasaray” forması ilə cari mövsümdə vurduğu ilk qol olub. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb.
İkinci hissədə hesab dəyişməyib və oyun “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Start heyətləri:
Qalatasaray:
Günay, Sallai, Arda, Abdülkerim, Kazımcan, İlkay, Sara, Sane, Gökdeniz, Ahmed, İkardi.
Başakşəhər:
Muhammed, Onur, Opoku, Hamza, Ömer Ali, Berat, Kaluzinski, Brnic, Şomurodov, Nuno Da Kosta, Be



