“Bu məğlubiyyət komandaya əlavə motivasiya verməlidir".

Offsideplus.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Misli Premyer Liqasının I turundan təxirə salınmış "Sabah"la oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:

"Qələbə münasibəti ilə “Sabah”ı təbrik edirəm. Belə bir nəticənin olacağını təxmin edirdim. Son vaxtlar komandamız çox güc sərf edir.  Zədəli futbolçularımız da var. Təbii ki, bütün bunlar məğlubiyyətə səbəb olmamalıdır. Fikrimcə, bu oyunda qazandığımız təcrübə bizə gərəkli olacaq”.

Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu “bayquşlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.