NTD-nin yeni transferi Taurus Ramon Kokfild "Şəki"yə qalib gəldikləri oyunda debüt edib, 22 xal toplayaraq matçın ən yaxşılarından olub. 

Oyunçunun Offsideplus.az-a müsahibəsini təqdim edirik:

– İlk oyunun idi. Bakı və bugünkü atmosfer necədir?

- Bakını çox sevirəm. Komandanı da sevirəm. Bilirdim ki, sadəcə bir detal çatışmırdı. Ümid edirəm ki, bir neçə oyunu ard-arda qazanarıq, enerjimizi yüksək saxlayıb, bu anın üzərində nəsə qurmalıyıq.

– Oyun barədə nə deyə bilərsən? Komanda üçün necə keçdi və əsas fərq nə oldu?

- Çox maraqlı oyun idi. Əsas fərq enerji idi. Son iki həftə məşqlərdə mühit tam fərqli idi. Bu oyunla bir mesaj vermək və yaxşı komanda olduğumuzu göstərmək üçün çıxmışdıq.

– Bu həm komandanın mövsümdə ilk qələbəsidir, həm də sənin bu komandadakı ilk qələbəndir. Qalibiyyəti kimə həsr etmək istərdin?

- Anama. Anamı bir həftə əvvəl itirmişəm. Mövsümün qalan hissəsi onun üçündür. Ümid edirəm ki, mövsümün sonuna qədər hər şey ona həsr olunacaq.

– Bu gün 22 xal topladın. Bu, mövsümün davamı üçün nə vəd edir?

- Mənim minimumumdur. Bu oyundan sonra bunu hiss edirəm ki, hər oyuna çıxıb komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm.