Rusiyalı MMA döyüşçüsü Mövlid Xaybullayev Peşəkar Döyüş Liqasının yarıyüngül çəki üzrə çempion titulundan məhrum edilib.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Xaybullayevdən PFL-in Dünya Turniri Finalı zamanı götürülmüş analizində qadağan olunmuş maddə tapılıb.
Nəticədə 35 yaşlı idmançı bir il müddətinə diskvalifikasiya olunub.
Qeyd edək ki, Həbib Nurməhəmmədovun yetirməsi olan Xaybullayev karyerası ərzində keçirdiyi 25 döyüşüb 24-dən qalib ayrılıb.



