"Qarabağ" klubunun və Azərbaycan milli komandasının üzvü Şahrudin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı qapıçı sol bud oynağından uğurlu əməliyyat keçirib.
Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb. Bu barədə qurumun sosial şəbəkə səhifəsində paylaşım edilib.
Qeyd edək ki, Şahruddin milli komandamızın heyətində Fransaya qarşı oyunda sıradan çıxmışdı.



