"Çelsi"nin futbolçusu Aksel Disasi "Vest Hem"ə qoşulub.
Offsideplus.az xəbər verir ki, o, cari mövsümun sonuna qədər icarə əsasında London klubunda çıxış edəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Disasi 2023-cü ildə "Çelsi"yə transfer olunub. O, burada ümumilikdə 61 oyuna çıxıb və 5 qol vurub.



