Azərbaycan Kubokunun yarımfinal mərhələsində bu gün "Qarabağ" "Sabah"ı qonaq edib.

Offsideplus.az xəbər verir ki, bu tərəflərin cari mövsüm 3-cü dueli olub.

"Qarabağ" bunadək 2 oyunun heç birində qələbə qazana bilməyib - 1 heç-heçə, 1 məğlubiyyət.

Ümumiyyətlə, "bayquşlar" 5 matçdır Ağdam təmsilçisinə məğlub olmurdu.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Cavab oyunu aprelin 22-də baş tutacaq.

Azərbaycan Kuboku, yarımfinal ilk oyun

3 aprel (cümə)

20:00 “Qarabağ” 2:2 “Sabah”

Qol: U. Raxmonaliyev (24', 86'), Kadi Borqes (29', 60'),

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov

VAR: Kamal Umudlu

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tofiq Bəhramov adına Respublika Stadionu