Dünya futbolunun ulduzu Kilian Mbappe uşaqlıq illərində pərəstiş etdiyi futbolçular haqqında maraqlı açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, hazırda karyerasını "Real Madrid" klubunda davam etdirən hücumçu, inkişafında iki böyük əfsanənin rolunu xüsusi qeyd edib.

​Mbappe bildirib ki, onun futbola olan marağının təməlində həmyerlisi dayanıb:

"Mənim ilk idealım Zinəddin Zidan idi. Kriştiano Ronaldo isə mənim üçün daha sonra gəldi. Bir hücumçu kimi Kriştiano oyunun mümkün olan hər bir tərəfini meydanda nümayiş etdirməyi bacarırdı."

​Portuqaliyalı ulduzun universallığına toxunan forvard onun oyun tərzini yüksək qiymətləndirib:

​"Onun oyununun çoxşaxəli tərəfləri var. Ronaldo yaşıl meydanda hər şeyi edə biləcək potensiala sahib olan bir oyunçudur."

​Qeyd edək ki, Kilian Mbappe hələ "Monako" və "PSJ" klublarında çıxış etdiyi vaxtlarda da Ronaldonun onun üçün böyük motivasiya mənbəyi olduğunu dəfələrlə vurğulamışdı.