Sosial mediada "Barselona"nın fenomenal istedadı Lamin Yamalın iştirak etdiyi iddia olunan qalmaqallı köhnə görüntülər yenidən gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, 2022-ci il Dünya Kubokunda İspaniya millisi 1/8 finalda Mərakeşə uduzaraq turnirlə vidalaşdıqdan dərhal sonra, Yamal gözlənilməz bir addım atıb. Həmin vaxt hələ çox gənc olan futbolçunun "Barselona" klubunun soyunub-geyinmə otağına (orada olan ispan oyunçuların yanına) Mərakeş forması geyinərək daxil olduğu bildirilir.
Xəbərlərdə qeyd olunur ki, Yamal bununla kifayətlənməyərək, turnirdən kənarlaşdıqları üçün böyük üzüntü və sarsıntı yaşayan ispan komanda yoldaşlarını ələ salmağa başlayıb. Bu hərəkətin o zaman klub daxilində necə qarşılandığı dəqiq bilinməsə də, görüntülərin indi yenidən üzə çıxması futbol ictimaiyyətini iki yerə bölüb.
Əslən mərakeşli olan, lakin hazırda İspaniya millisinin əsas ulduzlarından biri hesab edilən Yamalın bu addımı bəziləri tərəfindən "uşaqlıq zarafatı" kimi görülsə də, digərləri bunu peşəkarlığa sığmayan bir davranış kimi qiymətləndirirlər.
Xüsusilə "Barselona" azarkeşləri gənc ulduzun həmin vaxtlarda hələ uşaq olduğunu və bu cür rəqabətlərin futbolun təbii bir parçası olduğunu müdafiə edirlər.


