ABL-də pley-in mərhələsi üzrə NTD "Sumqayıt" BK (121:107) üzərində qələbə qazanıb. 

Offsideplus.az xəbər verir ki, NTD komandasının baş məşqçisi Tahir Baxşıyev qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bildirib:

"Komandanı təbrik edirəm. Pley-off yolunda ilk addımı atdıq. Bilirdik ki, bizi çətin oyun gözləyir. Cavab görüşü də çox ağır olacaq. “Sumqayıt” yaxşı komanda olduğunu sübut etdi, sona qədər mübarizə apardılar. Bizim isə arxayınlaşmağa haqqımız yoxdur. Cavab oyununa ciddi hazırlaşacağıq. Hazırda komandamız daha yaxşı oynayır. Sadəcə diqqəti itirmək olmaz. Oyunçularım mənim istədiyim kimi oynaya bilirlər. Əgər bu şəkildə davam etsələr, bizi qarşıda hələ çox oyun gözləyir".